Bu gün DÇ-2018-in daha bir 1/8 final oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, günün ikinci qarşılaşmasında Xorvatiya və Danimarka milliləri üz-üzə gəlib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. Burada da qalib bəlli olmadıqda penaltilər seriyası başlayıb. Daha dəqiq olan xorvatlar növbəti mərhələyə adlayıblar.
Dünya çempionatı
1/8 final mərhələsi
1 iyul
22:00. Xorvatiya – Danimarka 1:1 (Penaltilər seriyasında - 3:2)
Qollar: M. Yorgensen, 2 (0:1), Mario Mancukiç, 4 (1:1)
Baş hakim: Nestor Pitana (Argentina)
Nijni Novqorod. Mərkəzi stadion
Heyətlər:
Xorvatiya: Subaşiç, Vrsalko, Ştriniç, Perişiç, Lovren, Rakitiç, Modriç, Brozoviç, Mancukiç, Rebiç, Vida
Danimarka: K. Şmeyhel, Kyaer, Knudsen, Kristansen, Dileyni, Eriksen, Breytvayt, M. Yorgensen, Dalşqaard, Yussuf Poulsen, Kornelius