DÇ-2018-in 2-ci turunda Meksikaya uduzan (1:2) Cənubi Koreya millisinin kapitanı Son Honq-Minin ağlayarkən çəkilən şəkil xarici mətbuatın gündəmindədir.

Offsideplus.az xəbər verir ki, Cənubi Koreyanın uduzaraq pley-offa vəsiqə şansını itirməsi “Tottenhem”li futbolçunu ikiqat məyus edib.

Məsələ burasındadır ki, hərbi xidmətə çağırılan 26 yaşlı yarımmüdafiəçinin mundiala görə möhlət hüququ var idi. Ancaq bunun üçün onun komandası ən azı 1/8 finala yüksəlməli idi.  Artıq Cənubi Koreya turnirlə vidalaşdığından futbolçu 21 aylıq hərbi xidmətə yollanmalıdır. 

Ancaq Honq-Minin bir şansı da var. Koreya höküməti DÇ-2018-də Almaniyanı məğlub etdikləri matçın son dəqiqəsində qol vuran futbolçuya Asiya oyunlarına qatılmaq şansı verə bilər.

 


Cənubi Koreya qanununa görə, idmançının olimpiya və ya Asiya oyunlarında medalı varsa, əsgərlikdən imtina etmək hüququ qazanır.

Qeyd edək ki, Cənubi Koreyada hərbi xidmətə 28 yaşına çatmamış şəxslər yollanır.