DÇ-2018-in pley-off mərhələsində Afrikanın heç bir komandası iştirak etməyəcək. 

Offsideplus.az xəbər verir ki, Seneqalın H qrupunun 3-cü turunda Kolumbiyaya uduzması ilə  Afrika üçün mundial başa çatıb. Bu məğlubiyyətlə Seneqal qrupu 3-cü pillədə başa vurub.

 Bununla da Seneqal Mərakeş, Tunis, Nigeriya və Misirin ardından mundialı tərk edib. Beləliklə, 32 ildən sonra ilk dəfə DÇ-də 1/8 finalda Afrikanın heç bir komandası mübarizə aparmayacaq.