“Nə baş verdiyini demək çətindir. Çox məyusam və deyə bilərəm ki, qrupdan çıxmağa layiq deyildik”. 

Offsideplus.az xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in 3-cü turunda Cənubi Koreyaya gözlənilməz məğlubiyyətdən (0:2) sonra keçirdiyi mətbuat konfransında deyib.

Mundialı tərk etmələri ilə nəticələn matçı şərh edən baş məşqçi komandasının uğura doyması fikri ilə razılaşmadığını bildirib: “Qələbə qazanmaq istəmədiyimiz üçün uduzmadıq, rəqibimiz çox yaxşı oynadığı üçün uduzduq. Biz çempionata yaxşı hazırlaşmışdıq, motivasiyamız yerində idi. Ancaq bacardığımızı ortaya qoya bilmədik. Biz dünyanın ən yaxşı komandalarından biri olmuşuq. Ancaq indi bizdə heç nə alınmadı".   (qol.az)