Mundialın 3-cü turunda keçirilən Cənubi Koreya - Almaniya matçının ən yaxşı oyunçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, Cənubi Koreya millisinin qapıçısı Ço Hen Yu oyunun ən yaxşısı seçilib.
Qeyd edək ki, 26 yaşlı qolkiper qapısını toxunulmaz saxlamaqla komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub.