Bu gün dünya çempionatında daha 2 oyun keçiriləcək.

Offsideplus.az xəbər verir ki, E qrupunda  3 komandanın 1/8 final şansı var. İsveçrə millisinin isə işi nisbətən daha asandır. Çünki Avropa təmsilçisi Kosta-Rika ilə görüşdə uduzmamaqla adını 1/8 finala yazdıracaq. Braziliya serblərə qalib gəlsə, o zaman İsveçrə məğlub olacağı təqdirdə belə, mundialdakı çıxışını davam etdirəcək. 

DÇ-2018

E qrupu

22:00. İsveçrə - Kosta-Rika 2:2

Qol: Cemaili,31. Vaston, 56. Drmiç, 88. Ruiz, 90+3-pen

Baş hakim: Klemen Turpin (Fransa)
Nijni Novqorod. Mərkəzi stadion