DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda keçirilən Avstraliya – Peru oyununun (0:2) ən yaxşı futbolçusunun adı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, ali futbol qurumu 18-ci dəqiqədə Perunun ilk qoluna imza atan Andre Karrilyonu oyunun ən yaxşısı seçib.
Qeyd edək ki, Peru Avstraliyanı 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, qrupda 3-cü yeri tutaraq mundialla vidalaşıb.