Rusiyada keçirilən dünya çempionatı penaltilər sayı ilə tarixə düşüb.
Offsideplus.az xəbər verir ki, ötən gün keçirilən İran – Portuqaliya matçının 53-cü dəqiqəsində Kriştiano Ronaldonun yararlana bilmədiyi penalti mundialda sayca 19-cu olub. Bununla da, DÇ-2018 indiyə qədər keçirilmiş bütün mundialları penalti sayına görə qabaqlayıb. İran – Portuqaliya matçının son dəqiqələrində birincilərin qola çevirdiyi penalti isə 20-ci olub. 20 penaltidən 15-i qolla nəticələnib.
Bundan əvvəl İtaliya (1990), Fransa (1998), eləcə də 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın birgə təşkil etdiyi mundiallarda 18 penalti qeydə alınmışdı.
DÇ-2018-də penalti rekordunun qeydə alınmasında ilk dəfə mundialda tədbiq edilən VAR sisteminin rolu böyükdür. Çünki 20 penaltidən 7-si videotəkrara baxıldıqdan sonra təyin edilib.(qol.az)