İran millisinin baş məşqçisi Karluş Keyroş DÇ-2018-in qrup mərhələsinin sonuncu turunda Portuqaliya ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 63 yaşlı portuqaliyalı çalışdırıcı mübarizəni dayandırsalar da, turnirə maraq qatdıqlarını deyib:

"Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq və bu, sərgilədyimiz ən yaxşı matç idi. Turnirə maraq qatan komandalardan olduq. İran oyuna nəzarət edən tərəf oldu. İkinci hissədə meydanda söz sahibi idik. Əgər futbolda ədalət olsaydı, İran qalib gəlməli idi".

Keyroş Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonun qırmızı vərəqə almamasına etiraz edib:

"Hakim Ronaldoya qırmızı vərəqə göstərməməsinin səbəbini necə açıqlayacaq? Ulduz futbolçu olduğu üçün oyundan qovulmadı? Hakimdən bunu soruşun".