Bu gün dünya çempionatının qrup mərhələsində son tura start verilib.

B qrupunun kollektivləri mübarizə aparırlar. Son tur öncəsi burada 3 komandanın 1/8 finala adlamaq şansı var. Əsas diqqətlər İran - Portuqaliya matçına yönəlib. Bu görüşdə qalib gələn tərəf pley-off adlayacaq. Kriştiano Ronaldonun lideri olduğu portuqalları heç-heçə də qane edir. 

İspaniya isə Mərakeşə uduzmayacağı halda, qrupdakı digər matçın nəticəsindən asılı olmayaraq adını 1/8 finala yazdıracaq. 

DÇ-2018

25 iyun

B qrupu

22:00. İran - Portuqaliya - 1:1

Qol: Kuareşma, 45, Ansarifard, 90+3 (1:1)

Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk. "Mordoviya Arena"