Misir millisinin qapıçısı Essam Əl-Haydari dünya çempionatının tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki,  o, mundial tarixinin ən yaşlı oyunçusu olub.  45 yaşlı qolkiper DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda hazırda davam edən Səudiyyə Ərəbistanına qarşı matçda iştirak edib.

Qeyd edək ki, bundan əvvəlki rekord DÇ-2014-də oynayan Kolumbiya millisinin üzvü Farid Mondraqonuya (43 yaş) məxsusdur.