Türkiyəli hakim Cüneyt Çakır mundialda növbəti təyinatını alıb.

Offsideplus.az xəbər verir ki, referi D qrupunda son turun ən maraqlı matçında ədaləti qorumağa çalışacaq. Nigeriya - Argentina görüşünə təyin olunan Çakıra yan xətdə Bahattin Duran və Tarık Ongun kömək edəcək.

Qeyd edək ki, Nigeriya – Argentina matçı iyunun 26-da, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.