“Bizim əsas silahımız enerjimizdir. Meksikaya qarşı oyunda tamam fərqli komanda kimi göründük. Əvvəlki kimi özümüzə güvənmədik. Dünya çempionatı göstərdi ki, heç də bütün favoritlər yüksək səviyyədə deyil. Ancaq komanda ruhu və qüvvə uğurun əsas amilləridir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib. Dünya çempionatının qrup mərhələsinin ilk turunda Meksikaya 0:1 hesablı məğlubiyyəti şərh edən mütəxəssis komandasının fiziki baxımdan problemi olmadığını bildirib:
“Komandam fiziki cəhətdən formadadır. Meksikalılarla oyunun 2-ci hissəsində fiziki baxımdan axsadığımızı hiss etmədim. Əlbəttə, Meksikaya uduzmaq ağır idi. Buraxdığımız səhvləri analiz etdik Düşünürəm ki, komandamızın meydanda həmin məğlubiyyətə reaksiyası düzgün olacaq”.
Son dünya çempionu olduqlarını xatırladan Y. Löv bu amilin onlara çətinlik törətdiyi fikrindədir.: “Almaniya son dünya çempionudur. Ona görə də burada bizi udmaq istəyən komandalarla qarşılaşırıq. Dünya çümpionatını ardıcıl 2 dəfə udmaq asan olsaydı, bu hal çox baş verərdi. Hazırda bizə asan deyil. Amma biz öz reaksiyamızı nümayiş etdiririk. Bacara biləcəyimizi göstəririk. Sonra isə hadisələrin necə cərəyan edəcəyinə baaxacağıq. Ən əsas məsələ sabahkı gündür”.
Qeyd edək ki, qrupdakı ilk oyunda Meksikaya uduzan Almaniya ikinci matçda sabah İsveçlə qarşılaşacaq. (Qol.az)