Kolumbiya yığmasının futbolçusu Karlos Sançes ölümlə hədələnir.
Offsideplus.az xəbər verir ki, Yaponiya ilə oyunun 3-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan Sançes sosial şəbəkələrdən yüzlərlə ölüm təhdidi alıb.
Artıq polis məsələ ilə bağlı araşdırmaya başlayıb. Sosial şəbəkə istifadəçilərindən biri 1994-cü ildə avtoqolla yadda qalaraq güllələnən Andres Eskobarla Sançesin şəklini yerləşdirərək belə yazıb:
“Düşünməyi təklif edirəm. Əgər Eskobarı avtoqola görə öldürüblərsə, onda Sançesi də güllələmək lazımdı”.
Kolumbiya Yaponiyaya 1:2 hesabı ilə məğlub olub.
Komanda.az