Misir millisi DÇ-2018-dəki ikinci oyununda Rusiyaya 1:3 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, matçda penaltidən fərqlənən Məhəmməd Salah dünya çempionatlarında qol vuran sayca üçüncü misirli futbolçudur.
Ona qədər Misirin heyətində yalnız Abdurrahman Fauzi (1934) və Maqdi Abdelqani (1990) mundialda qol sevinci yaşayıb.