Mərakeş millisi ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Nordin Amrabat DÇ-2018-in 2-ci turunda Portuqaliya ilə keçiriləcək oyunu buraxacaq.

İranla oyunda başından zədə alan 31 yaşlı futbolçunun bir həftəlik istirahətə ehtiyacı var. Bu barədə Mərakeş Futbol Federasiyası xəbər yayıb.

Qeyd edək ki, Portuqaliya – Mərakeş matçı iyunun 20-də keçiriləcək.