Misirli aktyor Dünya Çempionatının matçını izləyərkən beyin qanaması keçirərək vəfat edib.
Offsideplus.az xəbər verir ki, Dünya Çempionatının ikinci günündə Misir və Uruqvay milliləri arasında keçirilən matç zamanı təəssüfləndirici bir hadisə baş verib.
38 yaşlı misirli aktyor Mahir Essam evində matçı izləyərkən beyin qanaması keçirib.
Aktyorun izləyərkən həyatını itirdiyi matçda Misir millisi son dəqiqələrdə qapısında gördüyü qolla 0-1 hesabı ilə məğlub olmuşdu.
Qeyd edək ki, Mahir Essam İmbaba şəhərində doğulub. Aktyorluq karyerasına 5 yaşında olarkən başlayıb. Zoqaq El Madaa filmi ilə ölkəsində çox məşhurlaşmışdı.
Ölkə.Az