“Oyunun keyfiyyəti yüksək idi.
İlk 15 dəqiqədə yaxşı çıxış etdik. Ancaq rəqib oyunun axarını dəyişə bildi, çox təhlükəli vəziyyətlər yaratdı. Nəticədən razı qaldım”.
, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş İspaniya ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis 3:3 hesablı bərabərliyi belə şərh edib:
“Təbii ki, nəticədən tam razı ola bilmərəm. Mən bir məşqçi kimi çox şeyi düzəltməliyəm. Biz texnikalı komanda olsaq da, topa nadir hallarda nəzarət etdik”.
F.Santuş oyunda het-trik edək komandanın kapitanı Kriştiano Ronaldo haqda da fikir bildirib:
“Ronaldonun texnikası və fiziki gücü həmişə yerindədir. Ancaq Ronaldonun turnirə köklənməyi onu dünyanın ən yaxşısı edir. O, komandanın ən çətin məqamlarda toparlayır. Şadam ki, Ronaldo portuqaliyalıdır. Sənin komandadan dünyanın ən yaxşı futbolçusunun oynamağı əladır”.