"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesovu dünya çempionatına uğurlu başlanğıc münasibətilə təbrik edib.
Offsideplus.az xəbər verir ki, polşalı futbolçu bununla bağlı şəxsi İnstaqram hesabına paylaşım edib. O, 2015/16 mövsümündə "Legiya"da rəhbərliyi altında çıxış etdiyi mütəxəssisə təbriklərini çatdırıb.
Qeyd edək ki, Rusiya mundialın açılış oyununda Səudiyyə Ərəbistanını darmadağın edib - 5:0.