Türkiyəli FİFA referisi Cüneyt Çakır dünya çempionatında ilk təyinatını alıb.
Offsideplus.az qol.az-a istinadən xəbər verir ki, Çakır Mərakeş – İran oyununu idarə edəcək. Ona yan xətdə Bahattin Duran və Tarık Orgun kömək edəcək.
Qeyd edək ki, iyunun 15-də keçiriləcək Mərakeş – İran oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.