Misir millisinin DÇ-2018 üçün yekun heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Ektor Kuper Çempionlar Liqasının finalında "Real"la matçda çiynindən zədələnən "Liverpul"un hücumçusu Məhəmməd Salahın da adını 23 nəfərlik siyahıya daxil edib.
Qapıçılar: Əssam Əl-Hədari ("Əl-Taavun", Səudiyyə Ərəbistanı), Əl-Şenavi, Şərif Əkrami (hər ikisi "Əl-Əhli", Misir)
Müdafiəçilər: Əhməd Fəthi ("Əl-Əhli"), Əhməd Əl-Məhəmmədi ("Aston Villa", İngiltərə), Məhəmməd Abdül-Şəfi ("Əl-Fateh", Səudiyyə Ərəbistanı), Əhməd Heqazi, Əli Qabr (hər ikisi "Vest Bromviç", İngiltərə), Ömər Qaber ("Los-Anceles Qelaksi", ABŞ), Saad Samir, Ayman Əşrəf (hər ikisi "Əl-Əhli"), Mahmud Həmdi ("Zamalek", Misir)
Yarımmüdafiəçilər: Məhəmməd El-Nenni ("Arsenal", İngiltərə), Abdulla Səid ("KuPS", Finlandiya), Mahmud Fadləllə "Əl-Raed", Səudiyyə Ərəbistanı), Mahmud Həssən ("Kasımpaşa", Türkiyə), Ramazan Sübhi ("Stok Siti", İngiltərə), Tariq Həməd, Mahmud Əbdül Əziz (hər ikisi "Zamalek"), Amr Varda ("Atromitos", Yunanıstan), Sem Morsi ("Uiqan", İngiltərə)
Hücumçular: Məhəmməd Salah ("Liverpul", İngiltərə), Maruan Mohsen ("Əl-Əhli")
Qeyd edək ki, Misir millisi A qrupunda ev sahibi Rusiya, uruqvay və Səudiyyə Ərəbistanı milliləri ilə mübarizə aparacaq.