Bundestimin baş məşqçisi Yoahim Löv “Real”ı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, 58 yaşlı mütəxəssis haqqında yazılanların düzgün olmadığını deyib: “Bunu tamamilə inkar edirəm. Bu, ümumiyyətlə, mənim üçün mövzu deyil. Fikrim dünya çempionatındadır. Əminəm ki, Zidana yaxşı əvəzləyici tapacaqlar”.

 Qeyd edək ki, Lövlə yanaşı “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettinonun da adı “Real”la hallanır. O da bugünkü açıqlamasında "kral klubu"ndan təklif almadığını bildirib.(qol.az)