Son dünya çempionu Almaniya millisi növbəti ay Rusiyada keçiriləcək mundialda bunu təkrarlamağa çalışacaq.

Offsideplus.az xəbər verir ki, Bundestimin baş məşqçisi Yoahim Löv komandanın bütün diqqətini yarışa cəmlənməsi üçün bir sıra qadağalar qoyub. Təcrübəli mütəxəssis turnir zamanı futbolçulara sekslə məşğul olmağı, sosial şəbəkələrdən istifadə etməyi və pivə içməyi qadağan edib. Löv qərarlarını bu cür izah edib:

"Qaydalarımız var ancaq biz bir ailə kimiyik. Hədəfimizi hər kəs bilir. Dünya çempionatında diqqətlər üzərimizdə olacaq. Turnirdən sonra hamı öz ailəsi ilə qısa da olsa, vaxt keçirəcək. Ona görə də bu yarışa çox ciddi yanaşırıq".

Löv oyunçulara yatmamışdan öncə hamıya yalnız bir pivə içməyi icazə verib. Futbolçulara sosial şəbəkədə oteldən və paltardəyişmə otağından fotolar payalaşmaq qadağandır.

Almaniya mundialda İsveç, Meksika və Cənubi Koreya ilə eyni qrupda mübarizə aparır. (sportal.az)