İtalyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama  ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, 58 yaşlı baş məşqçi Lionel Messinin milli komandadakı  karyerası barədə bunları deyib:

"Messi Latviya, Andorra, Ermənistan, Lüksembuq, Qətər, Farer Adaları, Estoniya,Azərbaycan və ya Macarıstan kimi ölkələrlə qarşılaşsaydı, milli komandada 150 qol vurardı".

Qeyd edək ki, Messi Argentina millisi ilə 153 maçta 79 qol vurub.