Avropa Liqasının Liqa mərhələsinin ilk oyununda "Qarabağ"la qarşılaşacaq "Tottenhem" ciddi itkilərlə üzləşib. 

Offsideplus.az xəbər verir ki, rəqibin heyətində iki futbolçu ölkə kubokunun III mərhələsində "Koventri"yə qarşı matçda zədələnərək sıradan çıxıb.

Vilson Odeber və Timo Verner zədəyə görə görüşü erkən başa vurublar. London təmsilçisinin baş məşqçisi Anje Postekoqlu Odeberin zədəsinin ciddi olduğunu, Vernerin isə vəziyyətinin tam bəlli olmadığını bildirib.

Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" matçı sentyabrın 26-da baş tutacaq