Argentina və İspaniya milliləri arasında keçiriləcək finalissima oyununun baş tutacağı vaxt açıqlanıb.

Offsideplus.az xəbər verir ki, daha öncə Avropa-Cənubi Amerika Superkuboku adlandırılan final 2026-cı ilin martında oynanılacaq. Matçın 2025-ci ildə keçirilməsi nəzərdə tutulsa da, gələn ilin təqvimində yer yoxdur. Bu səbəbdən final oyunu 2026-cı ilə keçirilib.

Qeyd edək ki, həlledici görüşdə Kopa Amerika qalibi Argentina və AÇ-2024 çempionu İspaniya millisi üz-üzə gələcək.