"Gəncə" daha bir basketbolçu ilə razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, komanda Elşad Şirzadovu heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.188 sm boya malik olan basketbolçu "sarı-göylər"in heyətində 10 nömrəli forma ilə oynayacaq.

Qeyd edək ki, hücumçu mövqeyində çıxış edən 26 yaşlı Elşad son mövsümü NTD-də keçirib.