Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay millisi Argentina komandasına 3:0 hesabı ilə uduzub.

Offsideplus.az xəbər verir ki, görüş Buenos-Ayresdə baş tutub. Qolları qaliblər tərəfdən Lionel Messi (38-ci dəqiqə), Rodriqo De Paul (44), digər komandadan isə Lautaro Martinez (62) vurublar. Argentina millisi turnir cədvəlində ikinci yeri tutur (10 oyunda 22 xal) və növbəti oyununu oktyabrın 15-də öz meydançasında Peru yığması ilə keçirəcək. Uruqvay komandası turnir cədvəlində dördüncüdür (11 oyunda 16 xal), yığma, həmçinin, oktyabrın 15-də Braziliya millisi ilə səfərdə görüşəcək.