İtaliya milli komandasının baş məşqçisi Roberto Mançinin 2021-ci ildə "Qızıl Top" mükafatına Jorjinyonun layiq olduğunu bildirib. 

Offsideplus.az xəbər verir ki, əgər bu baş verməsə, təəccüblənəcəyini də açıqlayıb: "O, "Qızıl Top"a layiqdir. Jorjinyo bu il hər şeyi qazanıb". 

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi İtaliya millisi ilə 2021-ci Avropa çempionu olub və "Çelsi" ilə 2020-2021-ci il mövsümündə Çempionlar Liqasını qazanıb.