Çempionlar Liqasının finalı çərçivəsində “Liverpul”la baş tutan oyunda zədələnən Daniyel Karvahalı İspaniya millisində kimin əvələyəcəyi məlum olub.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu mundialın startına kimi sağalmasa, yığmanın baş məşqçisi Xulyen Lopetegi “Betis”in müdafiəçisi Mark Bartranı heyətə daxil edəcək.
Qeyd edək ki, ilkin müayinədən sonra ayaq əzələsi dartılan Karvahalın zədəsinin ciddi olduğu və Rusiyada keçiriləcək dünya çempionatını buraxa biləcəyi söylənilib.