Rusiya prezidenti Vladimir Putin DÇ-2018-dəki favoritini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o, İspaniya millisini əsas favoritlərdən biri hesab etdiyini söyləyib.

V.Putin daha sonra bildirib: "Biz bu dünya çempionatının hamı üçün bayram olmasını istəyirik və bunu edəcəyik".

Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək.