İsveçrənin DÇ-2018 üçün genişləndirilmiş heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Vladimir Petkoviç 26 futbolçuya dəvət göndərib:
Qapıçılar: Roman Bürki ("Borussiya" Dortmund), Qreqor Kobel ("Hoffenhaym), İvon Mvoqo ("Leyptsiq"), Yan Zommer ("Borussiya" Münhenqladbax)
Müdafiəçilər: Manuel Akandji ("Borussiya" Dortmund), Joan Curu ("Antalyaspor"), Niko Elvedi ("Borussiya" Münhenqladbax), Mixail Lanq ("Bazel"), Ştefan Lixtştayner ("Yuventus"), Jak - Fransua Mubandje ("Tuluza"), Rikardo Rodriqes ("Milan"), Fabian Şer ("Deportivo"), Silvan Vidmer ("Udineze")
Yarımmüdafiəçilər: Valon Bexrami ("Udineze"), Blerim Cemaili ("Bolonya"), Edimilson Fernandeş ("Vest Hem"), Jelson Fernandes ("Ayntraxt"), Remo Froyler ("Atalanta"), Cerdan Şakiri ("Stok Siti"), Qranit Caka ("Arsenal"), Stiven Suber ("Hoffenhaym"), Denis Zakariya ("Borussiya" Münhenqladbax)
Hücumçular: Yosip Drmiç ("Borussiya" Münhenqladbax), Breel Embolo ("Şalke"), Mario Qavranoviç ("Dinamo" Zaqreb), Haris Seferoviç ("Benfika")
Qeyd edək ki, 23 nəfərlik yekun siyahı iyunun 4-nə kimi açıqlanacaq.