Portuqaliya millisinin daha bir futbolçusu Pedru Qonsalveş heyətdən çıxarılıb.
Offsideplus.az-ın məlumatına görə, "Sportinq" klubundan yığmaya cəlb olunan 23 yaşlı yarımmüdafiəçi millinin məşqində zədələnib. Onun əvəzinə komandaya İngiltərə "Vulverhempton"undan Fransişku Trinkan dəvət alıb.
Portuqaliya seçməsində daha əvvəl Qonsalu İnasio və Rikardu Pereyra eyni səbəbdən heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, sentyabrın 1-də İrlandiyanı qəbul edəcək Portuqaliya seçməsi, 3 gün sonra Qətərlə yoldaşlıq matçında üz-üzə gələcək. Komanda sentyabrın 7-də isə Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq.