İspaniya yığmasının və "Mançester Siti"nin üzvü David Silva dünya çempionatına İspaniyanın 3-cü divizionunda hazırlaşacaq.
Komanda.az xəbər verir ki, Silva “Navalkarnero” klubunun düşərgəsində formasını qorumağı planlaşdırır. Bu komandanı İspaniya yığmasının baş məşqçisi Xuan Lopateqi vaxtilə “Portu”da işləyərkən, onun köməkçisi olan Xulian Kalero çalışdırır.
“Navalkanero”nun bombardiri Xoakin Sredu məsələyə belə münasibət bildirib:
“Təsəvvür etməzsiz ki, biz neçə şadıq. Axı bu, bizim üçün bir hədiyyədi. Lopateqiyə yaxşı formada olan futbolçu lazımdı. David Silvaya bu yöndə yardım edəcəyik. Biz intensiv şəkildə oynayırıq ki, bu da ona kömək olacaq”.