Polşanın bukmeker kontorlarından biri dünya çempionatına yollanacaq heyətlə bağlı əmsalları açıqlayıb.
Offsideplus.az "apasport.az"a istinadən xəbər verir ki, şirkət “Qarabağ”ın müdafiəçisi Yakub Jeznikaçın mundiala aparılıb-aparılmayacağına da əmsal qoyub.
Rusiyaya getmə ehtimalı olan 22 futbolçu arasında göstərilən Jezniçaka elə də çox şans verilməyib. Əmsala əsasən demək olar ki, yığmaya çağırılmaq ehtimalı ən az olan futbolçu məhz “Qarabağ”ın üzvüdü. Belə ki, onun dünya çempionatına yollanmaq əmsalı 50-di.
Qeyd edək ki, Polşa yığması mundialda Seneqal, Kolumbiya və Yaponiya ilə bir qrupda yer alıb.