“Biz özümüzü Bakıda çox rahat hiss edirik. Çox gözəl şəhəriniz var. Burada yaxşı vaxt keçiririk”.
Offsideplus.az xəbər verir ki, bunu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Azərbaycanla keçiriləcək oyunla bağlı danışarkən deyib.
Qrupdakı ilk iki görüşündə 4 xal toplayan serblər sabah millimizin qonağı olacaq.
Matçın oynanılacağı Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil edilən mətbuat konfransında Stoykoviç bu fikirləri səsləndirib: “Azərbaycanın Portuqaliya ilə oyununu izləmişik. Azərbaycan rəqiblə başabaş mübarizə apardı. Bu komanda hazır görünür. Ancaq biz də öz oyunumuza köklənmişik. Keyfiyyətli rəqibimiz var. Təzyiq altında təzyiq göstərməyi bacarırlar. Fiziki cəhətdən də yaxşı komandadır. Sabah başabaş mübarizə və Azərbaycanın bizə kifayət qədər çətinlik törədəcəyini gözləyirik”.
- Sabah qələbə qazana bilməsəniz, sizin üçün faciə olacaq?
- Futbolda faciə anlayışını qəbul etmirəm. Keyfiyyəti və oyun üslubunu göstərmək üçün kifayət qədər vaxtın var. Bunu göstərə bilsən, uğur qazana bilərsən. Əgər dünya çempionatına vəsiqə qazanmaq istəyiriksə, mütləq qalib gəlməliyik. Amma keyfiyyətli komandaya qarşı oynayacağımızı bilirik. Amma Azərbaycan istənilən rəqibə problem yarada bilər. Bütün bunlara baxmayaraq, sabah 3 xal qazanacağımıza inanıram.
- Serbiyalı məşqçilər Milan Obradoviç və Miloş Velebit Azərbaycanın aşağı yaş qrupu üzrə yığmalarında çalışırlar. Bundan xəbəriniz varmı və onlarla əlaqə saxlamısınızmı?
- Xeyr, onlarla əlaqə saxlamamışam. Amma onların Azərbaycanda işlədiyini çoxdan bilirəm. Ümid edirəm ki, Azərbaycan futbolu üçün yaxşı işlər görürlər. Azərbaycanla Serbiya arasında heç bir sirr yoxdur. Bu səbəbdən onlarla əlaqə saxlamağa ehtiyac duymadım. Obradoviç və Velebitlə danışıb Azərbaycanda oynayan serbiyalı futbolçularla bağlı məlumat almaq istəyərdim. Onlarla görüşmək maraqlı olardı.
- Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç də Bakıya xüsusi qonaq kimi gəlib. Onunla söhbətiniz olubmu?
- Subaşiç çox yaxşı futbolçu olub. Onun Azərbaycan millisindəki tarixini, fanatlar tərəfindən sevildiyini bilirəm. Onu biz dəvət etmişdik, amma təyyarədə söhbətimiz olmadı. Mən ön, o, arxa sırada idi. Mənim üçün Azərbaycanın mədəniyyəti, tarixi barədə məlumat öyrənmək maraqlı olardı.
- Portuqaliya ilə görüşdən sonra Kriştianu Ronaldonun sayılmayan qolu barədə demişdiniz ki, epizodu görməmisiniz. Həmin epizoda baxmısınız?
- Oyun 2:2 hesabı ilə bitib. Artıq həmin matçda deyilik. Bu barədə düşünmək də istəmirəm. Əsas məsələ qarşıdakı görüşlərdir. Ona qalsa, bundan öncə Serbiya ilə matçda Ronaldo ofsayddan qol vurmuşdu. Düzdür, üzr istəmişdilər, amma orada da nəticə dəyişməmişdi. Keçmiş bizim üçün önəmli deyil, əsas Azərbaycanla sabahkı görüşdür. Həmin epizoda bir rakursdan baxanda topun xətti keçdiyini, digər rakursdan izləyəndə isə keçmədiyi görünür. Portuqaliyalılardan soruşsanız, qol olduğunu deyəcəklər, serbiyalılar isə olmadığını bildirəcəklər. Açığı, sabah çətin oyun gözləyirəm. Çünki Azərbaycan millisinin baş məşqçisinin kifayət qədər təcrübəsi var. 3 xal üçün çalışacağıq. Buna nə dərəcədə nail olacağımızı bilmirəm.