DÇ-2022-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan komandalardan biri də İrlandiya yığmasıdır.
Tarixdə ilk dəfə qarşılaşacağımız rəqibin baş məşqçi artıq indidən həyəcanını gizlətmir.
Offsideplus.az xəbər verir ki, Stiven Kenni İrlandiya Futbol Federasiyasının saytına danışarkən maraqlı ifadələr işlədib: "Bu, həyəcanverici qrupdur. Portuqaliya Avropa çempionu və Millətlər Liqasının qalibidir. Serbiya yaxşı heyətə sahibdir. Qrupumuzda Lüksemburq və Azərbaycan yığmaları da var. Hər ikisi son vaxtlar inkişaf etmiş komandalardır. Qrupumuzun beş komandalı olması martda 3 oyun pəncərəsinin, 3 rəqabətli matçın olmaması deməkdir. Yeni bu, martda ənənəvi 2 oyuna qayıtmağımız deməkdir. Müsbət haldır və düşünürəm ki, marta qədər millidə çox oyunçumuz olacaq. Son bir neçə ayda on futbolçuya beynəlxalq arenada debüt imkanı verdik. Düşünürəm ki, təcrübəlilərlə birlikdə martda heyətimiz çox güclü olacaq. İnanıram ki, bu müddət ərzində pandemiya ilə bağlı müsbət irəliləyiş olacaq və möhtəşəm azarkeşlərimizi tezliklə stadiona qaytaracağıq".