Qrupdakı rəqiblərimizdən olan Portuqaliya millisinin baş məşqçisi də püşkə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Fernando Santuş dünya çempionu adına iddia etmək üçün görməli olduqları əsas işdən danışıb: “Püşkatma təhlil yox, onlarla oynamaq və qalib gəlmək üçündür. Bizim üçün çətinlik olmamalıdır. AVRO-2020-nin seçmə mərhələsində Serbiya yığması ilə oynamışıq. Düzdür, əvvəl onlarla, sonra Ukrayna ilə heç-heçələrlə işimizi çətinləşdirmişdik. Əsas məsələ turnirə yaxşı hazırlaşmaqdır. Həm də təqvim uğurlu olmalıdır. Dünya çempionu adına iddia etmək üçün seçmə mərhələni adlamalıyıq. Portuqaliya böyük favoritdir”.