ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyanın bu ölkədə keçirilən seçkilərə müdaxiləsi ilə bağlı hesabat dərc edib.
Offsideplus.az xəbər verir ki, hesabatda Rusiya hakimiyyətinin DÇ-2018-ə ev sahibliyi etmək üçün sabiq FİFA prezidenti Jozef Blatteri satın aldığı barədə də məlumat yer alıb.
Həmin vaxt Rusiya prezidenti olan Dmitri Medvedyevə bu barədə həmin dövrdə baş nazir olan Putin məlumat verib.
"2011-ci ilin iyulunda Britaniya kəşfiyyatının sabiq əməkdaşı Kristofer Stil həmin vaxt Rusiya prezidenti olan Dmitri Medvedevlə baş nazir Vladimir Putin arasındakı söhbətin hesabatını təqdim edib. Söhbət zamanı Putin Medvedevə bildirib ki, rusiyalı oliqarxlardan biri Rusiyanın DÇ-2018-ə ev sahibliyi etməsi üçün FİFA prezidentini satın alıb”.