Rusiyada keçirilmiş futbol üzrə 2018-ci il dünya çempionatını dünya əhalisinin yarıdan çoxu izləyib.

Offsideplus.az FIFA-nın rəsmi saytına istinadənxəbər verir ki, bütün ölkələrdə yayımlanan mundialın oyunlarına 3,572 milyard tamaşaçı baxıb. 3,262 milyard insan dünya çempionatının bütün matçlarını ən azı bir dəqiqə izləyib ki, bu da rekord göstəricidir.

Fransa və Xorvatiya komandaları arasında keçirilən final matçını isə 1,12 milyard insan izləyib. Oyuna 884,37 milyon tamaşaçı evdən, 231,82 milyonu isə kənar yerlərdə baxıb.

Qeyd edək ki, finalda 4:2 hesabı ilə qalib gələn Fransa dünya çempionatının qalibi olub. (report)