Ötən gecə İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dunya çempionu olub. .

Offsideplus.az xəbər verir ki, oyunda yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub

turnirin yekunlarına əsasən fərdi mükafatların sahibləri müəyyənləşib:

Ən yaxşı oyunçu: Rodri (İspaniya) — Turnir boyunca 93,2% dəqiq pas, 26 topalma və 11 qol imkanı yaradan yarımmüdafiəçi çempionatın ən yaxşısı seçilib.

Ən yaxşı qapıçı: Unay Simon (İspaniya) — Turnir ərzində qapısından cəmi 1 qol buraxan İspaniya milli komandasının qolkiperi mükafata layiq görülüb.

Ən yaxşı gənc oyunçu: Pau Kubarsi (İspaniya) — Müdafiədəki inamlı oyunu ilə seçilən 19 yaşlı futbolçu turnirin ən yaxşı gənc oyunçusu olub.

Ən yaxşı bombardir: Kilian Mbappe (Fransa) — 10 qolla "Qızıl buts"u qazanan ulduz hücumçu, dunya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib (ümumi 22 qol).