İspaniya millisinin yarımmüdafiəçisi Rodri DÇ-2026-nın finalında Argentina üzərində qazanılan qələbədən (1:0, əlavə vaxtda) sonra təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu bu uğurun böyük əhəmiyyət daşıdığını bildirib:

"Xoşbəxtlikdən göyün yeddinci qatındayıq. Mənə bəxş etdiyi hər şeyə görə Tanrıya təşəkkür etmək istəyirəm. Möhtəşəm komandamız var. Biz artıq ikiqat dünya çempionuyuq.

Bu, dünya çempionatları tarixinin ən çətin turniri idi.

Biz tarixin ən yaxşı oyunçusu Messinin rəhbərlik etdiyi möhtəşəm Argentina millisinə qalib gəldik".

Qeyd edək ki, Rodri eyni zamanda turnirin ən yaxşı oyunçusu seçilib.