FİFA futbol dünyasında müzakirələrə səbəb olan yeni qərarını rəsmən təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, verilən rəsmi açıqlamaya görə, Dünya Kubokunun final matçında fasilə müddəti ümumilikdə 17 dəqiqə çəkəcək.

​Zamanın idarə olunması daxili qrafiklə növbəti şəkildə müəyyən edilib:

  • ​11 dəqiqə musiqi şousu: Finalın fasiləsində baş tutacaq musiqili performanslar tam olaraq 11 dəqiqə davam edəcək.
  • ​Səhnə və meydança hazırlığı: Yerdə qalan zaman kəsiyi isə şou səhnəsinin qurulması, çıxışdan sonra dərhal sökülməsi və ot örtüyünün sulanması üçün istifadə olunacaq.

Qeyd edək ki, FİFA daha əvvəl şou-proqram üçün fasilənin 30 dəqiqə olmasına qərar vermişdi.