Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın 1/4 finalında Mərakeşə qol vuraraq komandanı yarımfinala yüksəldən Kilian Mbappe haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis Mbappenin penalti qaçırmasına baxmayaraq özünə güvəndiyini bildirib:

"Söhbət Kiliandan gedirsə, problem yoxdur - o, qoldan əvvəl şansı əldən versə də, özünə heç vaxt şübhə etmir".

Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəldiklərini vurğulayan Deşam matçı belə şərh edib: "Bu, təbii və məntiqli görünə bilər, amma reallaşdırmaq asan deyil. Heyətimdə əla futbolçular var. Penaltini qaçırdıqdan sonra oyun bir az çətinləşdi, lakin istədiyimiz yerdəyik. İndi yaxşıca bərpa olunub rəqibimizi gözləməliyik".

Baş məşqçi Mbappenin oyunun sonlarında əvəzlənməsinə də aydınlıq gətirib. O, hücumçunun topuğundan zərbə aldığını və bu səbəbdən ehtiyat oyunçular skamyasında ayağına buz qoyulduğunu qeyd edib.

Qeyd edək ki, Fransa yarımfinalda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.