Futbol üzrə dünya çempionatında İsveçrə Qətərlə üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, "San Francisco Bay Area" stadionunda baş tutan B qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.

Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Bril Embolo penalti şansını qaçırmayıb. Qətər 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olmağı bacarıb.

Qeyd edək ki, B qrupunun digər oyununda heç-heçə qeydə alınmışdı - Kanada - Bosniya və Herseqovina 1:1.