Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun üzvü Kriştano Ronaldu ABŞ-ın "İnter Mayami" komandasında Lionel Messi ilə birgə oynamayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
"Ronaldunun qısamüddətli müqavilə əsasında klublararası dünya çempionatında Leo Messi ilə birgə "İnter Mayami"nin heyətində oynayacağı haqda yayılan xəbərlər düzgün deyil. Bu söz-söhbətlərdə həqiqətəuyğun heç nə yoxdur", - deyə Romano bildirib.
Qeyd edək ki, Ronaldunun "İnter Mayami"nin heyətində klublararası dünya çempionatına qatılacağı xəbərini ilk dəfə 2 gün öncə Goal.com yayıb. Daha sonra xəbər dünya mətbuatında geniş tirajlanıb.