Bu gün Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası (U-19) Avropa çempionatının əsas seçmə mərhələsinin 7-ci qrupunda son matçına çıxıb. 

Offsideplus.az xəbər verir ki, İlqar Aslanovun yetirmələri Türkiyədən olan həmyaşıdları iə qüvvələrini sınayıblar.

Son tur ərəfəsində yığmamız axırıncı, 4-cü pillədə qərarlaşmışdı. Birinci turda Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzan komandamız ardınca Xorvatiya ilə heç-heçə (3:3) oynamışdı.

Buna baxmayaraq, U-19 qrup qalibi qismində Avropa çempionatının final mərhələsinə çıxması üçün nəzəri şansını saxlamışdı. Bundan ötrü futzalçılarımız türkləri ən azı 15 top fərqi ilə məğlub etməli və Xorvatiya - Bosniya və Herseqovina matçında heç-heçəyə ümid bəsləməli idilər. Belə olan halda, Azərbaycan, Türkiyə və Bosniya və Herseqovinanın 4 xalı xalı olacaq və həmyerlilərimiz ən yaxşı top fərqinə görə mərhələ adlayacaqdılar.

Lakin Xorvatiyada keçirilən oyunda ümidlərimiz alt-üst olub. Türkiyə yığması 3:1 hesablı qələbə qazanaraq, Avropa çempionatının final mərhələsinə yüksəliblər. Milli komandamız isə 4-cü yerlə kifayətlənib.

Azərbaycan – Türkiyə 1:3

Elgün Sadıqlı, 33'20 - Ahmet Köksal, 11'05;  Ege Bilim, 17'58; Recep Inanç, 29'10

Hakimlər: Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya)

Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)

Hakim-isnpektor: Victor van Helvoirt (Niderland)

UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)

İkinci turdan sonra turnir cədvəli:

1. Türkiyə 4 xal (topların fərqi 17-6)

2. Bosniya və Herseqovina 3 (13-6)

3. Xorvatiya 2 (6-6)

4. Azərbaycan 1 (5-13)