Əfsanəvi futbolçu, Braziliya yığmasının heyətində 1994-cü ildə dünya çempionu titulunu qazanmış Romarionun oğlu Romarinyo Ukraynaya təşrif buyurub.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı hücumçu sensasion müqaviləyə imza atmaq ərəfəsindədir. 

Belə ki, o, Ukraynanın I Liqasında mübarizə aparan YUSKA-nın düşərgəsindəki. Kiyev vilayəti üzrə yarışan klubun braziliyalı futbolçu ilə rəsmi müqavilə bağlayıb-bağlamayacağı hələlik bilinmir.

Qeyd edək ki, Romarinyo "Vasko da Qama", "Fiqueyrense" kimi klubların şərəfini qoruyub. O, atası ilə birgə "Amerika"da da 1 oyun forma geyinməyə macal tapıb. Hazırda hücumçunun transfer hüquqları məhz "Amerika"ya məxsusdur.