Kristiano Ronaldo futbolçu karyerasını bitirəndən sonra baş məşqçi olmaq istəmir. 

Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz baş məşqçilik etmək arzusunda olmamağının səbəbini açıqlayıb:

"Bir gün baş məşqçi olmaq mənim üçün çətin olacaq. Çünki bu nəsil üçün həvəsim yoxdur. Çətindir, xüsusilə də futbolda, çünki məsləhətini qəbul etmirlər. Düşünürlər ki, hər şeyi bilirlər, fikirləşirlər ki, telefon onlara ən yaxşı məsləhəti verəcək. Narahat olduğum digər sahələr də var. Həyatımın biznes tərəfindən nigaranam. Bilmədiyim yeni sahələri öyrənmək mənim üçün çətin olacaq. Məncə, daha çox bizneslə məşğul olacam", deyə 39 yaşlı oyunçu Rio Ferdinandın verilişində deyib.