Braziliyanın "San Paulo" klubunun yarımmüdafiəçisi Xames Rodriqes karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, onunla "Selta" maraqlanır.

Qeyd olunur ki, kolumbiyalı Braziliya klubu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verəcək.

Xatırladaq ki, daha əvvəl onun "Portu"ya keçəcəyinə dair iddialar yayılmışdı.

Onun komandası ilə 2025-ci ilin yayına qədər sözləşməsi var.